Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turu başa çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, 17 majoritar dairə üzrə keçirilən II tur üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermə prosesində seçicilərin passivliyi müşahidə edilib, seçkilərdə seçici fəallığı 26,29 faiz təşkil edib.
Qeyd edək ki, seçkilərin birinci turu oktyabrın 31-də keçirilib.
Milli.Az