FIFA-nın "The Best" mükafatının təqdimetmə mərasimi dekabrda keçiriləcək

22 Noyabr 2020 07:34

FIFA-nın "The Best" mükafatının təqdimetmə mərasimi dekabrın 17-də keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirus pandemiyası səbəbindən tədbir ilk dəfə onlayn təşkil ediləcək.

Qeyd edək ki, tədbirdə ən yaxşı kişi və qadın futbolçular, həmçinin baş məşqçilərin adına aydınlıq gələcək. Bununla yanaşı, ən yaxşı kişi və qadın qapıçılar, eləcə də, "Feyr pley" mükafatının və ən yaxşı qolun sahibi müəyyənləşəcək.

Səsvermə noyabrın 25-dən dekabrın 9-dək keçiriləcək.

Milli.Az