Rusiya və Türkiyənin birgə səyləri ilə Dağlıq Qarabağdakı hərbi münaqişə dayandırıldı - Ərdoğan

21 Noyabr 2020 21:02

Rusiya və Türkiyənin birgə səyləri ilə Dağlıq Qarabağdakı hərbi münaqişə dayandırıldı.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təhlükəsizlik üzrə Halifaks forumunda çıxışı zamanı deyib.

T.Ərdoğan bildirib: "Rusiya ilə birgə səylərimiz sayəsində münaqişəni dayandıra bildik və 30 ildir həll olunmayan bir problemin həllinə öz töhfəmizi verdik".

Milli.Az