Türkiyə bu regionda real faktordur - Lavrov

21 Noyabr 2020 19:33

Türkiyə bu regionda real faktordur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları üzrə bildirib.

S.Lavrov deyib: "Türkiyə bu regionda real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bir çox istiqamətdə bizim tərəfdaşımızdır. Və əlbəttə ki, suveren Azərbaycan xarici siyasət tərəfdaşlarını seçmək hüququna malikdir".

Milli.Az