İranda 431 nəfər koronavirusdan ölüb

21 Noyabr 2020 18:39

İranda ötən sutka ərzində 431 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 44 327 nəfərə çatıb.

Читать дальше

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 12 931 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 841 308 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 778 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 596 136 nəfər koronavirusdan sağalıb, 5,74 milyondan çox diaqnoz testi həyata keçirilib.

Milli.Az