Son sutkada Rusiyada koronavirusdan 467 nəfər ölüb

21 Noyabr 2020 17:27

Son sutkada Rusiyada COVID-19-a 24 822 yeni yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, son sutkada koronavirusdan 467 nəfər ölüb. Bununla xəstəlikdən ölənlərin sayı 35 778 nəfərə çatıb.

Bu vaxta qədər ölkədə virusa yoluxanların sayı isə 2 064 768 nəfərdir.

Milli.Az