Xaçmazda "şəhid bulağı"nın ətrafı abadlaşdırılıb, köhnə qaz xətti götürülüb - VİDEO

21 Noyabr 2020 17:20

"Azəriqaz" İstehsalat Birliyi Xaçmaz sakinlərini narahat edən problemi aradan qaldıraraq, şəhidlərin xatirəsinə tikilmiş bulaq ətrafında abadlıq işləri aparıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə qurumdan bildiriblər. Qeyd olunub ki, Xaçmaz rayon Köhnə Xudat kəndi ərazisində şəhidlərin xatirəsinə tikilmiş bulağın qarşısından keçən köhnə qaz xəttinin götürülməsi üçün vətəndaşlar "Azəriqaz" İstehsalat Birliyinə müraciət ediblər:

"Qurum tərəfindən dərhal müraciətə reaksiya verilib. Ərazidə olan köhnə qaz xətti yenisi ilə əvəz edilib, bulağın girişində abadlıq işləri görülüb.

Milli.Az