Neymar sağaldı

21 Noyabr 2020 16:56

PSJ-nin futbolçusu Neymar zədəsini sağaldıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Paris klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib. O, braziliyalı hücumçunun zədəsini tam sağaltdığını və Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leyptsiq"ə oyuna hazır olduğunu bildirib.

Qeyd edək ki, Neymar noyabrın 13-ü zədə səbəbindən Braziliya millisinin düşərgəsini tərk etmişdi.

Milli.Az