Mançini koronavirusa qalib gəldi

21 Noyabr 2020 16:00

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirusdan sağalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib: "Son koronavirus testim mənfi çıxdı. Sağlamam, hər şey qaydasındadır".

Qeyd edək ki, Mançini noyabrın 6-ı koronavirusa yoluxmuşdu.

Milli.Az