Son sutkada Ermənistanda koronavirusdan 31 nəfər ölüb

21 Noyabr 2020 11:42

Son sutkada Ermənistanda COVID-19-a 1 193 yeni yoluxma halı qeydə alınıb.

Milli.Az bildirir ki, son sutkada virusdan ölənlərin sayı isə 31 nəfərdir.

Bununla ölkədə koronavirusa yoluxanların sayı 1 24 839-a, xəstəlikdən ölənlərin sayı isə 1 931 nəfərə çatıb.

Qeyd olunub ki, 92829 nəfər isə koronavirusdan sağalıb.

Milli.Az