Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötdü

21 Noyabr 2020 15:39

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 824 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  100 684 nəfərə, ölənlərin sayı isə 927 nəfərə çatıb.

Virusa yoluxanlardan 81 783 nəfərin sağaldığı bildirilir.

Milli.Az