İranlı nazirə korona ilə bağlı şok ittiham: Minlərlə insan...

21 Noyabr 2020 14:43

İran Səhiyyə nazirinin müavini Rza Mələkzadə gözlənilmədən istefa verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, R.Mələkzadə nazir Səid Namakini epidemiya ilə bağlı yanlış idarəçilikdə ittiham edib.

O bildirib ki, məhz nazirin doğru olmayan qərarları nəticəsində koronavirusdan ölkədə minlərlə insan ölüb.

Qeyd edək ki, İranda indiyədək 43 mindən çox insan pandemiya qurbanı olub.

Milli.Az