Ağdamda bir dənə də olsun salamat bina qalmayıb - FOTOlar

21 Noyabr 2020 10:17

Ağdamda çəkilmiş fotolardan şəhərin tamamilə dağıdıldığı açıq-aşkar görünür.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərdə mövcud olan bütün binalar dağıdılıb, tarixi-mədəni abidələr tamamilə məhv edilib. Ermənistan silahlı qüvvələrinin vandallığı nəticəsində indi şəhər xarabalığı xatırladır. 

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış Bəyanata əsasən Ağdam noyabrın 20-də Azərbaycana təhvil verilib.

Milli.Az