Ozan Güvən onunla sevgilidir

21 Noyabr 2020 09:50

Keçmiş sevgilisi Dəniz Bulutsuzu döyməsi iddiası ilə məhkəməlik olan Ozan Güvənin yeni eşq yaşadığı bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor model Gizem Yıldırım ilə sevgili olub.

Onların münasibətini isə modelin sosial şəbəkədə tablo qarşısında paylaşdığı foto bəlli edib.

Belə ki, rəssam Ali Elmacı imzalı tablonu ötən il Ozan Güvən alıb, yataq otağına qoyaraq şəklini paylaşmışdı.

G.Yıldırım haqqlarında çıxan xəbərlərə isə belə münasibət bildirib:

"Bu məsələ ilə bağlı hələ ki, danışmaq istəmirəm".

Milli.Az