Ucarda minik avtomobili yanıb

21 Noyabr 2020 09:38

Ucar rayonunun Müsüslü kəndində "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az