ABŞ-da yeni evə köçən cütlük 25 min dollarlıq qədim sikkələr tapıb

21 Noyabr 2020 09:14

ABŞ-ın Cənubi Karolina ştatında yeni evə köçən cütlük oradan 25 000 dollar dəyərində qədim qızıl və gümüş sikkələr tapıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, sikkələr sonradan evin keçmiş sahibinə qaytarılıb.

Bildirilir ki, evin yeni sahibi Ceyms Manford sanitar qovşaqdakı dolabın rəflərində sikkələrdən ibarət bütöv bir kolleksiya aşkar edib. Rəflərdə 1800-cü illərdə çap olunmuş 46 qızıl sikkə və 18 gümüş sikkə olub.

Evin keçmiş sahibi bildirib ki, həmin sikkələrin dəyəri təxminən 25 000 dollardır. Kolleksiyanın qalan hissəsi isə seyfdə saxlanılır.

Milli.Az