ABŞ-da ticarət mərkəzində atışma olub, 8 nəfər yaralanıb

21 Noyabr 2020 08:58

Naməlum ABŞ-ın Viskonsin ştatının Uovatosa şəhərində yerləşən ticarət mərkəzində atəş açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis idarəsi "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb. Bütün yaralananlar xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Polis gələndə o hadisə yerindən qaçmışdı. Onun barəsində axtarış elan olunub.

Milli.Az