Braziliyada koronavirusa yoluxma sayı 6 milyonu ötüb

21 Noyabr 2020 08:33

Braziliyada son sutka ərzində daha 38 397 nəfərin koronavirus infeksiyasına yoluxması, 552 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 6 020 164 nəfər yoluxub. Bu müddət ərzində 168 613 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 422 102 xəstə müalicə olunaraq sağalıb.

Milli.Az