ABŞ-da ticarət mərkəzində atışma olub, yaralılar var

21 Noyabr 2020 07:55

ABŞ-ın Viskonsin ştatının Vavatosa şəhərindəki ticarət mərkəzlərinin birində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı şəhər meri Dennis Makbrayda istinadən məlumat yayıb.

Bildirilir ki, insident naməlum şəxs tərəfindən törədilib. Hazırda onlarla polis əməkdaşı onu axtarır.

İlkin məlumata görə, azı altı nəfər yaralanıb, yaralıların hamısı tibb müəssisələrinə aparılıb.

Milli.Az