Bakıda gənc oğlanı avtomobil vurub

21 Noyabr 2020 07:35

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bülbül prospektində baş verib.

99-MM-792 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Xəlilzadə Mirhüseyn Üzeyir oğlunu vurub. Yaralı döş qəfəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az