"Brent" markalı neftin qiyməti bahalaşıb

21 Noyabr 2020 07:25

"Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 1,86 faiz artaraq 45,02 barrel/dollara çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məlumat ticarət platformasında qeydə alınıb.

Bu növ neftin qiyməti sonuncu dəfə bu il 11 noyabrda 45 dollar/bareldən yuxarı olmuşdur.

Saat 23:44-ə olan məlumata əsasən, "Brent" markalı neftin qiymətində artım yavaşlayıb və 44,99 barrel/dollar (+1,79%) məbləğində satılırdı. Eyni zamanda, "WTI" markalı neftin qiyməti 42,42 barrel/dollar olub, bu da əvvəlki satışların bağlanışından 1,24 faiz çoxdur.

Milli.Az