Moskvada koronavirusdan daha 74 nəfər ölüb

21 Noyabr 2020 07:15

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 74 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 74 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 8 233 nəfərə çatıb..

Milli.Az