Dünyanın iki lüks avtomobil istehsalçısına eyni şəxs rəhbərlik edəcək

21 Noyabr 2020 20:50

Almaniyanın avtomobil nəhəngi Volkswagen Group-un tərkibindəki Lamborghini şirkətinin CEO-su Stefano Domenikali Formula 1 yarışmasının prezidenti təyin edildikdən sonra sözügedən lüks markanın yeni rəhbəri məlum olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, bundan sonra Lamborghini-yə Volkswagen Group-un digər lüks markası Bugatti-nin Ceo-su Stefan Vinkelman rəhbərlik edəcək.

O həm də indiki vəzifəsində qalacaq. Başqa sözlə, dünyanın iki lüks avtomobil istehsalçısına eyni şəxs rəhbərlik edəcək.

Milli.Az