“Snapdragon 875” prosessoru ilə təchiz ediləcək ilk smartfonlar məlum olub

21 Noyabr 2020 20:10

Yeni "Snapdragon 875" prosessoru ilə ilk dəfə Çin istehsalçılarına məxsus smartfonlar təchiz ediləcək. Bu barədə "Gizmochina" nəşrinin mənbələrə istinadən məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 5 nanometrlik texnoloji proses üzrə hazırlanan qabaqcıl çiplə "Xiaomi", "Redmi", "Black Shark", "Vivo", "iQOO", "OPPO", "Realme" və "OnePlus" brendlərinin smartfonları təchiz olunacaq. Bazarda yeni platforma üzərində ilk smartfonun isə təqdimatı ilin sonunda keçiriləcək "Xiaomi Mi 11" modelinin olacağı gözlənilir.

"Snapdragon 875" üzərində qurulan digər yeni qurğular fevral-mayda nümayiş etdiriləcək. Bundan əlavə, 2021-ci ilin qışında Cənubi Koreyanın "Samsung" şirkətinin bir sıra versiyaları "Qualcomm" şirkətinin prosessoruna əsaslanan "Galaxy S21" smartfonlar seriyasını təqdim edəcək.

Milli.Az