“Samsung” elastik ekranlı ucuz smartfon hazırlayır

21 Noyabr 2020 19:10

Cənubi Koreyanın "Samsung" şirkəti qatlanan ekrana malik smartfonunun ucuz variantını çıxarmağa hazırlaşır. Yeni smartfon haqqında informasiyanı "Twitter"də nüfuzlu insayder Ross Yanq təsdiq edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, güman ki smartfon "Galaxy Z Flip Lite" adlandırılacaq, yəni "Z Flip" elastik qatlanan cihazın davamı olacaq. Maraqlıdır ki, ucuz modeldə "Z Flip" qurğusunda istifadə edilən ultranazik şüşə saxlanılacaq.

İnsayder yeni qurğunun çıxarılma müddətini, texniki xüsusiyyətlərini və qiymətini açıqlamayıb.

Milli.Az