Bakıda əməkdar artist intihar etdi - FOTO

20 Noyabr 2020 23:30

Əməkdar artist Rəşid Səməndər özünü binadan ataraq intihar edib.

Milli.Az bildirir ki, bu barədə APA-ya aktyorun yaxınları məlumat verib.

O, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru idi.

Qeyd edək ki, Rəşid Səməndər 1975-ci ildə unudulmaz aktyor Səməndər Rzayevin ailəsində anadan olub.

Milli.Az