Rüstəm Orucov Avropa çempionatının bürünc medalını qazanıb

20 Noyabr 2020 22:30

Çexiyanın paytaxtı Praqada start götürən cüdo üzrə Avropa çempionatında komandamız daha bir medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 73 kiloqram çəkidə mübarizə aparan Rüstəm Orucov rəqibi isveçrəli Nils Stumpı məğlub edərək bürünc medala layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl millimizin üzvü Orxan Səfərov (66 kiloqram) qızıl medala sahib olub.

Azərbaycanın ümumilikdə 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

Milli.Az