"Borussiya"da yeni müqavilə

20 Noyabr 2020 20:12

Dortmund "Borussiya"sı futbolçusu Covanni Reyna ilə yeni müqavilə imzalayıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Reyna 2019-cu ildə "Nyu-York Siti"dən "Borussiya"ya transfer olunub. O, bu mövsüm Bundesliqada 7 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.

Milli.Az