Tbilisidə bütün girovlar buraxılıb, basqın edən şəxs saxlanılıb - YENİLƏNİB - VİDEO

20 Noyabr 2020 20:55

20:55

Gürcüstanın Tsereteli prospektində yerləşən "MBC" mikromaliyyə təşkilatının filialının binasından bütün girovlar buraxılıb, hücum edən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Qiorqobiani yazıb.

Xatırladaq ki, yerli vaxtla saat 16:00 radələrində silahlı şəxs "MBC" mikromaliyyə təşkilatının Tbilisinin Tsereteli prospektində yerləşən filialına basqın 11 nəfəri girov götürdü.

Daxili İşlər Nazirliyi qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə və soyğunçuluq hadisəsi ilə bağlı istintaqa başlayıb.

-----------

18:39

Tbilisidə mikromaliyyə təşkilatına basqın olub, 9 nəfər girov götürülüb

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə cümə günü İmedi Gürcüstan telekanalı məlumat verib.

Məlumata görə, Tbilisidə mikromaliyyə təşkilatına basqın edən şəxs 9 nəfəri girov götürüb. Həmin şəxsərin xilas edilməsi üçün polis əməliyyat keçirir.

Milli.Az