Ermənistanda parlament aparatının eks-rəhbəri saxlanıldı

20 Noyabr 2020 18:04

Ermənistanda kütləvi aksiyalarda Baş nazirin istefasını tələb edən parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təhlükəsizlik işçiləri Saqatelyanı qollarından tutub apararkən o, "Armnews TV" kanalına müsahibə verib.

"Aksiyada iştirak etdim, çünki hesab edirəm ki, indi bütün vicdanlı vətəndaşlar küçələrə çıxmalı və bu xəyanətin qarşısını almalıdır. Hər kəs bu gün çıxıb öz vətəndaş mövqeyini bildirməlidir",- deyə Saqatelyan bildirib.

Milli.Az