Argentinada xalq "sərvət vergisi"ni dəstəkləyir

20 Noyabr 2020 23:25

Argentina parlamentinin nümayəndələr məclisində müzakirə olunan "sərvət vergisi" haqqında qanun layihəsinə əsasən, ölkədə 200 milyon Argentina pesosu (təxminən 2,5 milyon ABŞ dolları) və daha çox sərvəti olan şəxslərin 2-3,5 faiz arasında vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanun layihəsi ölkə üzrə 12 min nəfəri əhatə edəcək. Varlı şəxslərdən yalnız bir dəfə tutulacaq vergidən dövlət büdcəsinə 300 milyard Argentina pesosu (3,8 milyard ABŞ dolları) vəsait daxil olacağı gözlənilir.

Qanun layihəsinin Nümayəndələr Palatasından keçəndən sonra Konqresin yuxarı qanadı olan Senatda təsdiqlənməsi və dövlət başçısının sərəncamı ilə qüvvəyə minməsi gözlənilir.

Milli.Az