Rusiya televziyası əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında veriliş hazırlayıb - VİDEO - FOTO

20 Noyabr 2020 17:34

Rusiyanın "Rossiya-1" telekanalı əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında veriliş yayımlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, verilişdə M.Əsədovun qəhrəmanlığından bəhs olunub.

Qeyd edək ki, daha əvvəl kəşfiyyatıçının həyatından, Böyük Vətən müharibəsi dövründəki qəhrəmanlıqlarından bəhs edən müharibədə qələbənin 75 illiyinə həsr olunan Azərbaycan və rus dillərində "Azərbaycanlı kəşfiyyatçı və Tehran-43 konfransı" kitabı dərc olunmuşdu. Kitabın müəllifləri "Alyans" Xüsusi xidmət orqanları veteranları İctimai birliyinin sədr müavini Azər Qarayev və Milli Məclisin deputatı Arzu Nağıyevdir.

Verilişdə, həmçinin kitabda yer alan arxiv sənədləri və tarixi faktlar əks olunub.

Verilişdə M.Əsədovun 1943-cü il noyabrın 28-də Stalin, Çerçill və Ruzveltin iştirakı ilə keçirilmiş Tehran konfransı ərəfəsində alman kəşfiyyatının planlaşdırdığı liderlərə sui-qəsd barədə məlumatı əldə etməsi ətraflı təsvir olunub.

Qeyd edək ki, bu uğurlu əməliyyata hörə Məmmədhüseyn Əsədov iki ordenlə mükafatlandırılmışdı.

Milli.Az