Portuqaliyanın "Benfika" klubunun iki futbolçusu koronavirusa yoluxub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Darvin Nunez və Yulian Vayqlın koronavirus testləri pozitiv nəticələnib. Nunez Uruqvay millisinin düşərgəsində koronavirusa yoluxub. Hər iki futbolçu karantinə alınıb.
Milli.Az