Bu ölkədə yeni növ koronavirusa yoluxma aşkarlandı

20 Noyabr 2020 21:15

Samoada yeni növ koronavirusa ilk yoluxma faktı aşkarlanıb.

Milli.Az "Haber Global"-a istinadən bildirir ki, bununla bağlı Samoa Prezidenti Tuilaepa Sailele Malieleqaoi danışıb.

Onun sözlərinə görə, keçən həftə Yeni Zelandiyanın Auklənd şəhərindən gələn bir dənizçidə karantin testi zamanı COVİD-19 virusu aşkarlanıb.

O, xəstənin hazırda xəstəxanada karantində saxlanıldığını bildirib.

Qeyd edək ki, bu günə qədər yalnız Tonqa və Nauru kimi Sakit okeanında yerləşən bir neçə ada ölkəsində koronavirus aşkarlanmayıb.

Milli.Az