Goranboyda avtomobil yanıb

20 Noyabr 2020 19:09

Goranboyda minik avtomobil yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb. Belə ki, "UAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və kabinəsinin üzlüyü qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az