Yerevanda etirazçılar mərkəzi küçələri yenə bağladı

20 Noyabr 2020 15:50

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, etirazçılar iki mərkəzi prospekti bağlayıb.

Yolların açılması üçün polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Onlarla aksiya iştirakçısı saxlanılıb.

Qeyd edək ki, Yerevanda etiraz aksiyaları noyabrın 10-dan etibarən davam edir.

Milli.Az