Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

20 Noyabr 2020 17:14

Tarixi bir andır, Ağdam şəhəri 27 illik işğaldan sonra azad edildi. Azərbaycan xalqı sevincli anları qeyd edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhunun açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Azərbaycan xalqının sevincini bölüşürük. Azərbaycana gəldiyimdən bəri 28 illik işğalın sona çatdığını, şəhərlərin və qəsəbələrin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən bir-birinin ardınca azad olunduğunu görürük. Azərbaycan xalqını və ordusunu təbrik edirik!". 

Milli.Az