Rusiya İkinci dünya müharibəsinə aid bir sıra arxiv materiallarını ictimailəşdirib

20 Noyabr 2020 19:56

Rusiya hüquq-mühafizə orqanları İkinci dünya müharibəsinə aid bir sıra arxiv materiallarını ictimailəşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, üzərindən məxfilik qrifi götürülən materiallar əsasən faşist işğalçılarının cinayətləri ilə bağlı sənədlərdir.

Bu cür arxiv sənədləri Rusiyanın 20-dən çox subyektində açılıb.

Qeyd olunur ki, hazırda Kareliya, Krasnodar diyarı, Leninqrad, Rostov vilayətləri və digər regionlarda nasist cəza dəstələrinin cinayətləri araşdırılır.

Rusiya bu əməllərin müharibə cinayəti və bəşəriyyətə qarşı cinayət kimi tanınması üçün müraciət edəcək.

Milli.Az