Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

20 Noyabr 2020 19:14

Yer kürəsinə 370-820 metr uzunluğunda nəhəng asteroid - 153201 (2000 WO107) yaxınlaşır.

Milli.Az AMEA-ya istinadən bildirir ki, bu barədə NASA-nın Yerətrafı Obyektlərin öyrənilməsi Mərkəzinin saytında bildirilir.

Asteroid Yer kürəsinə noyabrın 29-da Bakı vaxtı ilə saat 09:00-da yaxınlaşacaq. Bu, Aya qədər olan məsafəni 11 dəfədən çox ötür. Beləliklə, bu dəfə kosmik "gəlmə" planetimiz üçün təhlükə törətmir.

Milli.Az