Həftəsonu lisenziyası olan taksilər işləyəcək - DİN açıqladı - YENİLƏNİB

20 Noyabr 2020 14:09

14:09

Karantin rejimində həftəsonu lisenziyası olan taksilərin fəaliyyətinə icazə veriləcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyətinə icazə veriləcək:

"Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir".

---------
13:31

Daxili İşlər Nazirliyi həftəsonu lisenziyası olan şəxslərin taksi fəaliyyəti ilə məşğul ola biləcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyətinə icazə veriləcək:

"Buraya taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir".

Milli.Az