Həftəsonu taksi fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

20 Noyabr 2020 11:35

Azərbaycanda tətbiq edilən sərt karantin rejimi çərçivəsində həftəsonları taksilər fəaliyyət göstərməyəcək.

Milli.Az xəbər verir ki, bunu APA-ya Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova deyib.

Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələr sırasında taksi xidmətinin olmaması bunu deməyə əsas verir.

"Fəaliyyətinə icazə verilən sahələr siyahısında taksi fəaliyyəti yer almayıb. İcazə verilməyənlərin siyahısında da ictimai nəqliyyat xüsusi qeyd olunub və taksi də ictimai nəqliyyatın bir növü olduğu üçün biz Operativ Qərargahın müvafiq qərarlarına istinad edib, deyirik ki, işləməyəcək", - G. Gözəlova qeyd edib.

Milli.Az