"Paşinyan kriminal aləmin nümayəndələrini etriazçıların üstünə göndərir" - Erməni deputat

20 Noyabr 2020 13:46

Nikol Paşinyan müharibənin fəsadlarının açıqlanmasından qorxur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, "Vətən" partiyasının rəhbəri Artur Vanetsyan deyib.

O bildirib ki, hələ Ermənistanın Dağlıq Qarabağ müharibəsində itkiləri 5 min həlak olan, 8 000-10 000 yaralı , çökmüş iqtisadiyyat, boş büdcə, beynəlxalq qüvvələrlə pozulmuş münasibətlər, biabırçı mənəvi-psixoloji mühitdir:

"Bu, faciədir və bunun günahkarı bir nəfərdir. O, "Mənim addımım" blokunu girov saxlayır. Paşinyan "Mənə qarşı danışan xaindir" deyərək öz partiya yoldaşlarını təhdid edir. Söz-söhbət gəzir ki, baş nazir kriminal aləmin nümayəndələrini deputatlara üstünə göndərir".

Milli.Az