Ağdam sevincini belə qeyd etdilər - FOTO

20 Noyabr 2020 13:24

Azərbaycan Ordusunun bölmələrinin noyabrın 20-də Ağdama daxil olması coşğu ilə qarşılanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, imzalanan üçtərəfli Bəyanata əsasən, rayon ərazisinin işğaldan azad edilməsi ağdamlıların sevincinə səbəb olub.

Bu münasibətlə Ağdamın Dördyol qəsəbə sakinləri küçəyə çıxaraq qələbəni qeyd ediblər.

Əllərində Azərbaycan və Türkiyə bayrağı olan hər kəs qələbə şüarları ilə ordumuza dəstəklərini ifadə ediblər.

Milli.Az