Gürcüstanda rekord yoluxma, 41 nəfər ölüb

20 Noyabr 2020 13:02

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 768 yoluxma halı qeydə alınıb,  41 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 96 860 nəfərə, ölənlərin sayı isə 576 nəfərə çatıb.

Virusa yoluxanlardan 77 932 nəfərin sağaldığı bildirilir.

Milli.Az