Türkiyədən Ağdamın azad edilməsinə REAKSİYA

20 Noyabr 2020 10:30

Türkiyə Ağdam rayonunun erməni işğalından azad edilməsini alqışlayır.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ağdam rayonunun işğaldan azad edilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün mühüm hadisədir:

"Biz Azərbaycan xalqını uzun illər Ermənistanın işğalında qalmış Ağdamın azad edilməsi münasibətilə təbrik edirik. Türkiyə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması prosesini diqqətlə izləyir".

Milli.Az