İlon Mask dünyanın ən varlı insanlarının üçlüyünə daxil olub

20 Noyabr 2020 21:00

Tesla və SpaceX kompaniyalarının rəhbərlik edən amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində üçüncü yerə yüksəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 18-də Teslanın səhmlərinin 10 faiz bahalaşması nəticəsində İlon Maskın varidatı 10,2 milyard dollar atıb. Hazırda onun sərvəti 120 milyard dollar həcmində qiymətləndirilir.

Agentliyin məlumatına görə, reytinqin ikinci pilləsində Microsoftun yaradıcılarından Bill Geyts (128 milyard dollar) qərarlaşıb. Amazon korporasiyasının sahibi Ceff Bezos isə artıq üçüncü ildir dünyanın ən varlı insanı olaraq qalır. Bloomberg agentliyi hazırda onun sərvətini 183 milyard həcmində qiymətləndirir.

Milli.Az