Çində koronavirusla bağlı son vəziyyət

20 Noyabr 2020 10:12

Çində son sutka ərzində daha 17 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

"Qafqazinfo" bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 398-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 453 xəstə sağalıb.

Ölkədə 311 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az