"Milan"ın hücumçusu zədələndi

20 Noyabr 2020 12:18

"Milan"ın futbolçusu Rafael Leau zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Portuqaliya millisinin düşərgəsində sıradan çıxıb. Onun ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, R.Leau bu mövsüm 10 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.

Milli.Az