Seulda koronavirusun üçüncü dalğası başlayıb

20 Noyabr 2020 09:44

Koreya Respublikasının paytaxtı Seulda koronavirus infeksiyasının üçüncü dalğası başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Səhiyyə və Sosial Təminat Nazirliyinin nümayəndəsi Yun Txe Xo bildirib.

Nazirliyin nümayəndəsi deyib: "Hesab edirik ki, hazırda paytaxtda infeksiyanın üçüncü dalğası başlayıb". Onun sözlərinə görə, mövcud vəziyyətdə sosial məsafə səviyyəsinin yüksəldilməsi planlaşdırılır.

Yun Txe Xo qeyd edib ki, ötən sutka ərzində Seulda koronavirusa 218 yoluxma qeydə alınıb, bu isə avqust ayının əvvəlindən bəri ən yüksək göstəricidir.

Milli.Az