Bu ölkədə koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

20 Noyabr 2020 09:20

Meksikada yeni növ koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Meksika Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomiya deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 100 104 nəfərə çatıb.

Qeyd edək ki, son sutka ərzində Meksikada 4 472 yoluxma halı qeydı alınıb, koronavirusa yoluxanların ümumi sayı 1 019 543 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 766 min nəfəri sağalıb.

Milli.Az